SMM üzrə Mütəxəssis

Vəliev MMC Son tarix: 08 iyul 2026 79

Vəzifə öhdəlikləri

Vəzifə və Öhdəlikləri:

  • Şirkətin sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, TikTok və s.) idarə olunması; 
  • Sosial media üçün aylıq və həftəlik kontent planlarının hazırlanması; 
  • Mətn, vizual və video məzmunların hazırlanmasının təşkili və paylaşılması; 
  • Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və nəticələrinin təhlili;
  • Video çəkiliş və montaj işlərinin həyata keçirilməsi 
  • İzləyicilərin rəy və sorğularının cavablandırılması; 
  • Brendin rəqəmsal mühitdə tanınmasının artırılması istiqamətində təkliflərin verilməsi; 
  • Rəqiblərin və bazar tendensiyalarının mütəmadi olaraq təhlil edilməsi; 

Tələblər

  • Ali təhsilli;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı ünsiyyət və səlis danışıq bacarığı (rus və ingilis dili üstünlükdür);
  • Meta Business Suite və reklam kabinetləri ilə işləmə təcrübəsi;
  • Foto və video çəkilişi üzrə təcrübə üstünlük hesab olunur;
  • AI alətlərindən (ChatGPT, Canva AI və s.) istifadə bacarığı üstünlük hesab olunur;
  • Sosial media platformaları üzrə biliklər (Instagram, Facebook, TikTok, LinkedIn və s.);
  • Canva, Photoshop və ya digər dizayn proqramları üzrə ilkin biliklər;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı;
  • Kreativ düşüncə və kontent yaratmaq bacarığı.

Biz təklif edirik:

  • ​​​​​​​Karyera inkişafı və təlim imkanları;
  • Korporativ tədbirlərdə iştirak imkanı;
  • Stabil və inkişaf edən şirkətdə çalışma imkanı;

İş şəraiti

  • Əmək haqqı: razılaşma yolu ilə;
  • İş yeri: Sumqayıt şəhəri;
  • İş qrafiki: 5 günlük;
  • Nahar müəssisə tərəfindən təmin edilir.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot