Satış məsləhətçisi xanım və bəy namizədlər (Novxanı və Bərdə)
OMİD Mağazalar şəbəkəsi Son tarix: 22 fevral 2025 82
Vəzifə öhdəlikləri:
  • Mağazanın satış işini təmin etməlidir;
  • Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
  • Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
  • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
  • Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
  • Mağazanın forma geyim tələblərinə riayət etməlidir.
Tələblər:
  • 18-35 yaşı;
  • Bəsit riyazi biliklərin olması vacibdir;
  • Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);
  • Müvafiq sahədə təcrübənin olması üstünlükdür.
İş şəraiti:
  • Əmək haqqı: 500-700 AZN;
  • İş rejimi: Həftənin 6 günü;
  • Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.

Novxanı və Bərdə ərazilərində yaşayan xanım və bəy namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə elektron poçt ünvanına və ya 055-500-91-00 nömrəsinə whatsapp üzərindən müraciət etmələri xahiş olunur.

Müraciət et