Qeydiyyatçı
SwissDent Son tarix: 22 fevral 2025 430
Vəzifə öhdəlikləri:
  • Klinikaya daxil olan pasiyentlərin protokol qaydalarına uyğun qarşılanması və yola salınması, qeydiyyatının aparılması və aidiyyatı üzrə yönləndirilməsi
  • Daxili qaydalara uyğun müvafiq sənədlərin məzmununun müştərilərə izah olunması və imzaladılması
  • Ambulator kartların doldurulması 
  • Sığortalı pasiyentlərin qəbulu zamanı şirkətdaxili prosedurun tətbiqi, ehtiyac yarandıqda sığorta şərtləri haqqında pasiyentlərin məlumatlandırılması 
  • Ödəmələr üzrə pasiyentlərin dəstəklənməsi
  • Daxil olan zənglərin cavablandırılması, qeydiyyatının aparılması və aidiyyatı üzrə yönləndirilməsi 
  • Qəbul şöbəsinin və ona aid köməkçi xidmət sahələrinin təmizliyinə nəzarət, qonaqların su, çay kimi içki ilə təmin edilməsinə nəzarət 
  • Səbəbindən aslı olmayaraq yaranmış bütün problemlərin protokala uyğun həll edilməsi və səlahiyyətli şəxslərin vaxtında məlumatlandırılması
  • Fəaliyyəti ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi
  • 6 günlük iş rejimi
  • Rabitə xərcləri şirkət tərəfindən ödənilir
Tələblər:
  • Ali təhsil
  • Xidmət sahəsində iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (səlis), Rus (əla), İngilis dili (orta)
  • Yüksək səviyyədə ünsiyyət bacarığı və nitq qabiliyyəti 
  • Problem həll etmə, inandırma bacarığı 
  • Komandada işləmə qabiliyyəti, proaktivlik
  • Müştəri yönümlülük və insanpərvərlik
  • İdarə etmə təcrübə və bacarığının olması üstünlükdür

Maraqlananlar şəxslər mövzu hissəsinə “Qeydiyyatçı” yazmaqla e-ünvanına müraciət edə bilər. 


Müraciət et