Pul vəsaitlərinin uçotu üzrə mühasib
OBA marketlər şəbəkəsi Son tarix: 22 fevral 2025 147
Vəzifə öhdəlikləri:
  • İcrası nəzərdə tutulan ticari ödənişlər üzrə planı hazırlamaq və imzalatmaq
  • Təsdiqlənmiş plana əsasən ödənişləri icra etmək
  • Ödəniş sənədlərini kontrol etmək
  • Bank çıxarışlarını kontrol etmək,ödənişləri təyinatı üzrə ERP sisteminə qeyd etmək
  • Bank xərcləri üzrə kənarlaşmaların bankla araşdırmaq və fərqi bərpa etmək
  • Valyuta ilə bağlı sorğuları müvafiq şöbəyə yönləndirmək, kurs üzrə məbləği təyin etmək və konvertasiyanı icra etmək
  • Xarici ödənişlərdə yaranan problemləri həll etmək (Deklarasiyada, rekvizitdə,invoysda uyğunsuzluq və.s)
  • Kassa qalığını yoxlamaq
  • Rəhbərlik tərəfindən ona həvalə olunmuş digər tapşırıqları icra etmək
Tələblər:
  • Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibatlıq))
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə)
  • “Internet banking” sistemində işləmək bacarığı
  • Məsuliyyətlilik, operativlik
İş şəraiti:

Əlavə təminatlar:

  • Nahar
  • Korporativ nömrə
  • Servis xidməti

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Pul vəsaitlərinin uçotu üzrə mühasib " yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et