B
Ofis meneceri
Vəzifə öhdəlikləri
BONAFİDE QSC “Ofis meneceri” vəzifəsinə namizəd axtarışındadır!
- Sosial Media Marketinqi (SMM) işlərinin aparılması, şirkətin saytının və vatsap hesabının idarə edilməsi
- Satınalma işlərinin idarə edilməsi, o cümlədən təchizatçılarla əlaqə yaradılması, onlarla yazışmaların və danışıqların aparılması, təkliflərin yığılması və sənədlərin rəsmiləşdirilməsi
- Şirkətin kargüzarlığının aparılması, o cümlədən şirkətə daxil olan sənəd və malların qəbul edilməsi, habelə rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi
- Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti işçilərə yönləndirilməsi
- Şirkətə gələn qonaqların qarşılanması və aidiyyəti şəxslərlə görüşünü təşkil edilməsi
- Şirkətin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının icra edilməsi
Tələblər
- ·Ali və ya orta ixtisas təhsili;
- ·Sosial şəbəkə hesablarının və gündəlik ofis işlərinin idarə olunması üzrə ən azı 1 il iş təcrübəsi;
- ·Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (mükəmməl), İngilis dili (arzuolunandır);
- ·Microsoft Office proqramları üzrə biliklər;
- ·Operativlik, komandada işləmək və müştərilərlə nəzakətli ünsiyyət bacarıqları
İş şəraiti
- 5 günlük normal iş rejimi (09.00 – 18.00)
- Əmək qanunvericiliyi üzrə rəsmiləşdirmə
- 500-800 manat məbləğində maaş (namizəddən asılı olaraq)
- Əlavə bonuslar imkanı
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar