Ofis işləri üzrə Köməkçi
Norm OJSC Son tarix: 22 fevral 2025 514
Vəzifə öhdəlikləri:

Hazırda şirkətimizə Ofis işləri üzrə Köməkçi vakansiyası üzrə 2 əməkdaş tələb olunur.

İş yeri: Qaradağda yerləşən zavod ofisi və şəhər ofisi.


Əsas vəzifə və öhdəliklər:

  • Şirkətə gələn ziyarətçi və qonaqları salamlamaq, onlara dəstək göstərmək və yönləndirmək,
  • Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə çatdırmaq,
  • Karğüzarlıq işlərini təşkil etmək, sənədləri və kompüter vasitəsilə məlumatları göndərmək, məlumatları saxlamaq,
  • Şirkət tərəfindən bağlanan müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil etmək və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlər görmək,
  • Şirkətə daxil olan məktubların qeydiyyatını aparmaq və həmin məktubların surətlərini əlaqədar işçilərə vermək təqdim etmək, 
  • Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatını aparmaq və müvafiq ünvanlara göndərilməsini təşkil etmək.
Tələblər:
  • Ali təhsilin bakalavr pilləsi
  • Əlaqədar sahədə 1-2 il iş təcrübəsi
  • Orta səviyyədə İngilis və Rus dili biliyi
  • MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

CV-nizi müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə, elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

CV-lərin təqdim olunması üçün son tarix: 31.12.2024

Müraciət et