İşə qəbul üzrə mütəxəssis
Qala Group Son tarix: 22 fevral 2025 175
Vəzifə öhdəlikləri:

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

İşə Qəbul Prosesinin İdarə Edilməsi:

  • 300+ usta və fəhlə heyətinin işə qəbul prosesini həyata keçirmək.
  • Vakansiyalar üçün elanların hazırlanması və uyğun platformalarda yayımlanması.

Uçot və Məlumatların İdarə Edilməsi:

  • İşə qəbul olunan heyətin uçotunun aparılması və müvafiq sənədlərin hazırlanması.
  • Gündəlik işçi heyətinin dəyişikliklərinin (işdən çıxma, yeni qəbul, rotasiya və s.) qeydiyyatı.

Gündəlik Əməliyyatların Aparılması:

  • İşçilərin iş qrafiklərinin, davamiyyət cədvəllərinin və əmək müqavilələrinin tərtib olunması və izlənilməsi.
  • İşçi heyəti ilə bağlı müvafiq hesabatların hazırlanması.
  • Fəhlələrin iş yerinə təyin olunması və onların icra etdiyi işlərin monitorinqi.

İşçi Məsələlərinin Həlli:

  • İşçilərin şikayətlərinin və müraciətlərinin araşdırılması və həll edilməsi.
  • İşçi heyəti ilə bağlı rəhbərliyə mütəmadi məlumatın verilməsi.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

Tələblər:

Təhsil və Təcrübə:

  • İnsan resursları idarəçiliyi, biznesin idarə edilməsi və ya əlaqədar sahələr üzrə ali təhsil.
  • İşə qəbul və işçi uçotunun aparılması üzrə ən azı 2-3 il iş təcrübəsi, xüsusilə tikinti sahəsində.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.

Texniki Bacarıqlar:

  • MS Office proqramlarından (xüsusən Excel) əla işləmək.
  • İşə qəbul və işçi uçotu ilə bağlı hüquqi və inzibati prosedurlar üzrə bilik.

Şəxsi Keyfiyyətlər:

  • Məsuliyyətli, detallara diqqətli və təşkilatçılıq qabiliyyəti yüksək.
  • Stressə davamlı və çoxsaylı işləri paralel idarəetmə bacarığı.
  • Güclü ünsiyyət və münasibət qurma qabiliyyəti.

Dil Bilikləri:

  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.

Namizədlərdən şəkilli CV-lərini “İşə qəbul üzrə mütəxəssis” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müraciət et