İnsan Resursları mütəxəssisi
MER Group Son tarix: 22 fevral 2025 141
Vəzifə öhdəlikləri:
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
  • Namizədlərin axtarışı və müsahibələrin keçirilməsi;
  • Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
  • Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
  • Aylıq müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi
  • İş rejiminin qanunvericiliyə uyğun təyin edilməsinə nəzarət etmək
  • 1C-ə işçilərin yerləşdirilməsi
Tələblər:
  • Təhsil: Ali təhsil; 
  • Təcrübə: İnsan Resursları sahəsində minimum 3 - 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Peşəkar ünsiyyət qurma bacarığı;
  • ƏMAS ilə işləmə bacarığı
  • Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarından məlumatlı olmalı
  • Yüksək səviyyədə təqdimat bacarığı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Aktiv və komandada işləmək bacarığı.
  • Şəxsi avtomobili olması vacib şərtlərdəndir.( Çünki restoranlarımız magistral yollarda yerləşir və bəzən bölgələrə getmək ehtiyacı yaranır (müsahibələr və işçilərlə ümumi görüşlər zamanı)
İş şəraiti:
  • İş qrafiki: 5 günlük 
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: 1200-1500 AZN (Namizədin bilik və bacarığına əsəsən dəyişir)
  • İş yeri: Gumush Plaza

Namizədlərdən öz CV-lərini “İnsan Resursları mütəxəssisi” vakansiya adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət et